TürkiyəAİ sammitinin yeri və tarixi məlum oldu


Dünya 06 Fev 2018 23:41:00 307 0

TürkiyəAİ sammitinin yeri və tarixi məlum oldu

Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Aİ Şurasına sədrlik edən Bolqarıstanın Baş naziri Boyko Borisov 26 martda Bolqarıstanın Varna şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Şurasının rəsmi nümayəndəsi Preben Aamanın Twitter hesabında dərc edilən Donald Tuskun və Jan-Klod Yunkerin Türkiyə liderinə ünvanladığı məktubda deyilir.

Məktubda sözügedən görüşün ümumi maraqların müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərin inkişaf yollarının müzakirə edilməsi üçün yaxşı bir fürsət olduğu qeyd edilir.