Əvvəlki illərlə müqayisədə qripə yoluxanlar indi xəstəliyi daha ağır keçirir


Digərləri 06 Fev 2018 23:25:00 289 0

Əvvəlki illərlə müqayisədə qripə yoluxanlar indi xəstəliyi daha ağır keçirir

"Builki qrip öz ağırlığı ilə seçilsə də, indiyədək bundan ölüm halları qeydə alınmayıb", respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

O, BBC Azərbaycancaya müsahibəsində bildirib ki, əvvəlki illərlə müqayisədə qripə yoluxanların sayı artmayıb.

"Qrip mövsümi xəstəlikdir. Builki qrip öz ağırlığı ilə seçilsə də, digər xüsusiyyətlərinə görə əvvəlki illərdən çox da fərqlənmir. Əvvəllər də qış mövsümü ilə bağlı xəstəliyi ağır keçirənlər vardı, amma bu göstərici bu il nisbətən yüksəkdir."

Cənab İsayev əlavə edib ki, bu il iki növdə virus yayılıb; Avstraliya qripi və donuz qripi. Adətən, bunların Rusiyada yayılma ehtimalı olur. Azərbaycanda qrip epidemiyasının yayılması barədə heç bir məlumat yoxdur.

- Qripə yoluxma və ya soyuqdəymə şikayəti ilə bağlı müraciətlərdə əvvəlki illərlə müqayisədə artması və ya azalması tendensiyası özünü göstərirmi?

- Builki qripə yoluxanlar bunu nisbətən ağır keçirir. Amma əvvəlki illərin eyni dövrü ilə müqayisədə qripə yoluxanların sayında artım müşahidə olunmur.

- Bəzi həkimlər bildirirlər ki, yayılan qrip paraqripdir.

-Buna paraqrip demək olmaz. Yayılmış virus qripin klassik gedişatı ilə çox bənzərdir. Digər tərəfdən də, biz hələ ki, paraqrip virusu ilə bağlı nümunə götürməmişik və araşdırma aparmamışıq. Ona görə də dəqiq deyə bilmərik. Qripə oxşar virus xəstəlikləri çoxdur. Lakin hazırda xəstələrdə müşahidə olunan əlamətlər qripi çox xatırladır. Ona görə də buna qrip deyə bilərik.

- Qripin geniş yayılmasını epidemiya adlandırmaq olarmı?

-Buna epidemiya demək olar. Xəstəliyin yayılması özü epidemiyadır, lokal xarakterli epidemiyadır, lakin epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur.

- Hansı yaş qrupunun qripə yoluxma hallarına daha çox rast gəlinir?