"Radioquraşdırma" zavodunda baş vermiş yanğının səbəbi hələ məlum deyil


Digərləri 06 Fev 2018 23:13:00 245 0

"Radioquraşdırma" zavodunda baş vermiş yanğının səbəbi hələ məlum deyil

Müdafiə Sənayesi Nazirliyi "Radioquraşdırma" zavodunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, bu gün saat 19:17 radələrində "Üfüq" İstehsalat Birliyinin "Radioquraşdırma" zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.