Kafe sahibi 21 yaşlı modeli ofisiant götürdü


Digərləri 06 Fev 2018 23:00:00 297 0

Kafe sahibi 21 yaşlı modeli ofisiant götürdü

Taylandda fəaliyyət göstərən kafe sahiblərindən biri məkanı reklam etmək üçün model agentliyindən ofisiant kimi çalışacaq işçi götürür.

Son.az publika.az-a istinadən xəbər verir ki, sahibkar deyir ki, bunu kafesinə daha çox müştəri toplamaq məqsədilə edib. Beləliklə, kafeyə bir dəfə gələn müştəri gələn dəfə özü ilə bir neçə nəfər daha gətirib. Qısa zamanda kafe 100 min dollara qədər gəlir verməyə başlayıb. Müştərilər qəhvə içməklə yanaşı, çılpaq şəkildə onlara xidmət edən ofisiant model ilə şəkillər də çəkdiriblər.

Sosial şəbəkələrə yüklənən şəkillər insanlar tərəfindən kəskin şəkildə tənqid olunub. Məsələ ilə bağlı Tayland polisi sözügedən obyektə gedərək qanun pozuntusuna yol verən sahibkara xəbərdarlıq edib. Kafe sahibi C. Prasong bildirib ki, o, burada heç bir əxlaqsız xidmətlər vermir:

"Qadın sadəcə ofisiantdır. Müştərilərin sifarişlərini masalara aparır. Mən bunu sadəcə biznes məqsədilə etmişəm. Qanun pozuntusu olduğunu bilmirdim".

21 yaşlı cazibədar model ofisiant isə deyib ki, mən burada sadəcə qəhvə sifariş edən müştərilərə xidmət göstərirəm:


Xəbərə aid fotolar