ABŞ Rusiyanı hədələdi: “Bizdə variantlar var”


Dünya 06 Fev 2018 23:02:00 290 0

ABŞ Rusiyanı hədələdi: “Bizdə variantlar var”

"ABŞ təkid edir ki, Rusiya orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqavilə çərçivəsində öhdəliyi yerinə yetirsin".

Son.az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis Konqresin Nümayəndələr Palatasında dinləmələrdə çıxışında deyib.

"Müqavilənin Rusiya tərəfindən pozulması problemi var. İstəyirik ki, Rusiya müqavilənin normalarına riayət etməyə qayıtsın və bu müqavilədən imtina etmək niyyətində olmasını bəyan etsin. Amma Rusiya öz yolu ilə getməyə davam edəcəyi halda, bizim tətbiq edəcəyimiz variantlar var", - nazir bildirib.

Mettis daha sonra qeyd edib ki, ABŞ orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqavilədən (RSMD) çıxmağa hazırlaşmır.