Googlea 100 milyon dollarlıq layihə satan türk


Digərləri 06 Fev 2018 23:05:00 286 0

Googlea 100 milyon dollarlıq layihə satan türk

Burak Göktürk 1976-cı ildə İstanbulda anadan olub. 1995-ci ildə universitetə imtahan verən zaman 1 milyon insan arasından 74-cü yerə çıxıb. 1999-cu ildə Boğaziçi universitetini biritib. Üz tanıma və təqib etmə sahəsində patentlər alıb. 2000-ci ildə ABŞ-a Silikon Vadisinə gedib. Qısa bir müddət İnteldə çalışıb.

Son.az bizplus.az-a istinadən bildirir ki, Stanford Universitetində süni zəka və vizual axtarış sistemləri üzərində çalışıb. 2004-cü ildəə iki dostu ilə birlikdə üz tanıma texnologiyaları sahəsində çalışan Riya.com-u yaradıb. Layihəyə 20 milyon dollardan çox yatırıb alıblar.

2006-cı ildə moda sahəsində çalışan vizual axtarış motoru Like.com-u yaradıb. Texnologiya sahəsində 30-ya yaxın akademik məqaləsi var və 14 fərqli patentə sahibdir.

2010-cu ildə Like.com layihəsi Google tərəfindən 100 milyon dollara satın alınıb.