Türkiyə-Aİ sammitinin yeri və tarixi məlum oldu


Digərləri 06 Fev 2018 23:09:04 247 0

Türkiyə-Aİ sammitinin yeri və tarixi məlum oldu

Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Aİ Şurasına sədrlik edən Bolqarıstanın Baş naziri Boyko Borisov 26 martda Bolqarıstanın Varna şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək

Bakı. Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Aİ Şurasına sədrlik edən Bolqarıstanın Baş naziri Boyko Borisov 26 martda Bolqarıstanın Varna şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək. Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının rəsmi nümayəndəsi Preben Aamanın Twitter hesabında dərc edilən Donald Tuskun və Jan-Klod Yunkerin Türkiyə liderinə ünvanladığı məktubda deyilir.