Cənnətdə ev sahibi olmaq istəyənlərə


Digərləri 06 Fev 2018 22:55:00 281 0

Cənnətdə ev sahibi olmaq istəyənlərə

İnsan öləndən sonra onun yardıma çatan dünyadakı əməlləri olar, o cümlədən tikdiyi məscid və ya saldığı bağ kimi.

Quranda məscid inşa edənlərə və ya onu abad edənlərə xüsusi diqqət verilib və Allah bu kitabda buyurmuşdur: "Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır". ("Tövbə" 18).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayədən də göründüyü kimi, məscid inşa edən şəxsdə xüsusi sifətlər olmalıdır. O cümlədən:

1. Allaha iman və ixlasın olması. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim özünü göstərmək və ya başqalarının qulağına çatdırmaq üçün bina tikərsə, Allah bu binanı yerin yeddinci qatında atəş şəklində boynunda gəzdirəcək və onu atəşə atacaqdır. Bu şəxsi cəhənnəmə süqut etməkdən heç nə xilas etməyəcək, məgər o halda ki, tövbə edər".

Sual verirlər: "Ya Rəsulallah! Riya üzündən tikilən bina nədir?"

Peyğəmbər buyurdu: "Odur ki, insan öz ehtiyacından çoxunu (yəni ehtiyac olmadığı halda), qonşularına lovğalanmaq üçün və qardaşlarının yanında fəxr etmək üçün bina inşa edər".

2. Qiyamətə etiqadı olmalıdır.

3. Namaz qılmalıdır.