İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar


Digərləri 06 Fev 2018 22:35:00 275 0

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

2010-cu ildə işlədiyi şirkətin göndərişi ilə Tayvana gedən Mehmet Honq-Konqu da gəzmək istəyir. Və bu maraq o zamandan onun tutqusuna çevrilir. İşdən çıxmağa qərar verir və 6 il çalışdığı işini tərk edib, dünyanı səyahətə başlayır. 8 ildən artıq davam edən yolçuluğu haqqında iki cilddə "Rotasız Səyyah" adlı kitab çıxarır.

Mehmetin etdiyi fotolayihələrdə qadınlar xüsusilə diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrində qadınların vəziyyəti, həyatı, məişəti necədir?

Son.az lent.az-a istinadən Rotasız Səyyahın çəkdiyi qadınların fotolarını və tarixçələrini təqdim edir.

İranın Qəşm şəhəri. Zeynəb. 70 yaş. Üzündəki niqabı 56 ildir taxır.

Bu niqablar İranın Minab əyalətinə məxsusdur. Belə niqab taxmaq ənənəsi yox olmaq üzrədir, lakin, bəzi yerlərdə hələ də qorunur.  Qadınlar bu niqabı evləndikdən sonra taxırlar. Niqab onları gündən də qoruyur.

Gildən qazan düzəldən 64 yaşlı İvini. Braziliya. Marubo.

Sennet. 13 yaş. Tacikistan, Pamir dağları. Sennet artıq üç ildir ki, yemək hazırlaya bilir.

Magül  28 yaş. Əfqanıstan. Herat. Magülün ərinin 3 arvadı var. Magül yeddi uşağı ilə kərpicdən tikilmiş, arada ərinin baş çəkdiyi evdə yaşayır.

Havagul. 35 yaş. Əfqanıstan Herat. Havagül 5 uşağı ilə birgə yaşayır. Əri ötən il 85 yaşında vəfat edib. Böyük oğlu ayaqqabı boyayır, özü isə evlərdə paltar yumaqla ailəsini saxılayır.

Mahtab. 80 yaş . Köçəri həyat sürən qaşqay türkü. İran.

Əminə, 40 yaş. İran. Qəşm.

Braziliyanın Amazoniya bölgəsində yaşayan Matis yerlisi. Yaşını bilmir. Üzündəki döymələri 12 yaşında ediblər. Mənasını bilmir, adətdir, deyir.

Adini demək istəməyən kolumbiyalı gözəl qız.