Vitamin D həbləri soyuqdəymə və qripin qarşısını ala bilər


Digərləri 06 Fev 2018 22:25:00 354 0

Vitamin D həbləri soyuqdəymə və qripin qarşısını ala bilər

Tədqiqatçılar iddia edirlər ki, vitamin D qida əlavələri, hər il Britaniyada üç milyondan çox insanı soyuqdəymə və ya qripdən qoruya bilər.

Bu günəş vitamini, sağlam sümüklər üçün vacib olduğu qədər, immun sistemi üçün də böyük rol oynayır.

British Medical Journal-da (Britaniya Tibb Jurnalı) dərc olunan tədqiqat, qidaların vitaminlə zənginləşdirilməsinin vacibliyini iddia edir.

İngiltərə İctimai Sağlamlığı Təşkilatının (Public Health England - PHE), infeksiya ilə bağlı məlumatın hələ dəqiq olmamasını bildirməsinə baxmayaraq, qida əlavələrini də məsləhət görür.

Orada deyilir ki, vitaminin qəbulu, sümük və əzələ sağlamlığı üçün nəzərdə tutulmalıdır.

İmmun sistem vitamin D-dən, bakteriya və viruslarda deşik açan antimikrob silahların yaranmasında istifadə edir.

Lakin, dərimiz günəş altında vitamin D yaradır və buna görə də bir çox insanlarda qışda vitamin səviyyəsi aşağı olur.

Vitamin D-in qidaya birbaşa yeridilməsi ilə bağlı fikirlər mövcuddur

Qida əlavələrinin istifadəsi ilə bağlı tədqiqatlar qarışıq nəticələr verdiyindən, tədqiqatçılar dəqiq cavab almaq üçün 11,321 adam üzərində 25 fərqli sınaq aparıblar.

London Queen Mary Universitetindən (QMUL) olan komanda, burun axma, qrip və pnevmoniya kimi xəstəliklərə səbəb olan tənəffüs yolu infeksiyalarını analiz ediblər.

Ümumi olaraq, tədqiqat göstərib ki, vitamin D əlavəsi qəbul edən 33 nəfərdən biri infeksiyaya yoluxmur.

Həblər, aylıq yüksək dozadansa, gündəlik və ya həftəlik qəbul edənlər və hər şeydən əvvəl vitamini çatışmayanlar üçün yaxşı nəticələr göstərib.

Vitamin D nə üçün vacibdir?

Onun əsas funksiyası, bədəndəki kalsium və fosfatı nizamlamaqdır. Bu, sağlam sümüklər, dişlər və əzələlərin inkişafı və qorunması üçün çox mühümdür.

Ən pis halda, uşaqlarda sümüklərin yumşaq və zəif olduğu, böyüdükcə əyri inkişaf etdiyi raxitliyə yol açır.

Böyüklərdə isə vitamin D çatışmazlığı, kəskin sümük sızıltıları və əzələ ağrıları ilə müşayiət olunan osteomalyasiya əmələ gətirir.