Xərçəng müalicəsi üçün yeni peyvənd


Digərləri 06 Fev 2018 22:10:00 252 0

Xərçəng müalicəsi üçün yeni peyvənd

Stenford araşdırmaçıları, T hüceyrələrinin aktivləşdirildiyi şiş xəstəliyi olan siçanlarda uzaqdakı metastazların (orqanizmin hər hansı bir yerində yaranan bir xəstəliyin başqa bir yerə yayılması) da ortadan qaldırıldığını tapdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılar insanlı təcrübələrə başlamaq üçün linfoma xəstələrini işə götürməyə başladı.

Stenford Universitetindən araşdırmaçılar çox az miqdardakı faktor maddənin lokal olaraq tətbiq olunmasının, bədən daxilində immunitetdə tez-tez müşahidə edilən mənfi yan təsirlərə səbəb olmadan sürətli və nisbətən ucuz bir şəkildə xərçəng müalicəsi üçün istifadə edilə biləcəyini açıqladılar. Onkologiya üzrə professor Ronald Levi bu barədə belə dedi: "Bu iki faktor birlikdə istifadə edildiyində, bütün bədəndə olan şişlərin ortadan qaldırıldığını görürük".

Müalicə üçün lazımlı olan ilk faktor maddə bu anda insanlarda istifadə üçün təsdiqləndi. Digəri isə bir çox klinikada insan istifadəsi üçün sınanıldı. Linfoma xəstələrində müalicənin təsirini sınamaq üçün yanvar ayında araşdırmalar başlandı.