Səhiyyə Nazirliyindən Bakıdakı partlayışla bağlı


Digərləri 06 Fev 2018 21:41:00 237 0

Səhiyyə Nazirliyindən Bakıdakı partlayışla bağlı

Hadisə nəticəsində xəsarət alan olmayıb

Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 19:25 radələrində Bakının Xətai rayonu ərazisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Radioquraşdırma zavodunda partlayış baş verib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Son.az-averilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə "Radiozavod"un ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib. Nəticədə yanğın baş verib.

Hazırda yanğının hadisə yerinə cəlb olunan 20-dək yanğınsöndürmə briqadası tərəfindən lokallaşdırıldığı bildirilir.