Öd kisəsi əməliyyatı haqqında naməlum olanlar


Digərləri 06 Fev 2018 21:10:00 565 0

Öd kisəsi əməliyyatı haqqında naməlum olanlar

Öd kisəsi əməliyyatında qızıl standart laparoskopik kolesistektomiya dediyimiz bağlı üsulla edilən əməliyyatdır. Bu əməliyyat ümumi narkoz ilə yəni xəstə yatırdılaraq edilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, əməliyyatda cəmi 4 ədəd troakar istifadə edilir. Göbəkdən 5mm böyüklüyündə kəsik edilərək 5lik portla qarının içinə daxil olunur, qarın karbon 4 oksid qazı ilə şişirilərək beşlik kamera ilə öd kisəsi, qaraciyər və qarın içindəki digər orqanlar nəzərdən keçirilir. Öd kisəsi xüsusi incə alətlərlə tutulur, öd kisəsi kanalı və arteriyası burğu şəklində kliplər qoyularaq kəsilir və öd kisəsi qaraciyərdən ayrılır, daha sonra çölə çıxarılır. Yara yerlərinə estetik tikiş qoyularaq əməliyyat bitir.

2 - Öd kisəsi əməliyyatının əvvəlində hansı hazırlıqlar edilməlidir?

Bütün əməliyyatlarda olduğu kimi xəstənin yaşı və vəziyyətinə görə qan analizləri, ağciyər və ürək müayinələri edilir.

3 - Öd kisəsi əməliyyatı neçə saat davam edir?

Xəstənin çəkisinə və cərrahın təcrübəsinə görə müddət dəyişiklik göstərsə də, öd kisəsi əməliyyatları 15 ilə 45 dəqiqə arasında çəkir.