Azərbaycanda məktəb ləvazimatları istehsal ediləcək VİDEO


Digərləri 06 Fev 2018 21:12:00 296 0

Azərbaycanda məktəb ləvazimatları istehsal ediləcək  VİDEO

Sumqayıt Kimya Sənaye Parkına yeni rezident cəlb olunub. Yeni firma tədrisdə istifadə olunan avadanlıqlar istehsal edəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Niyazi Səfərov "SOCAR Polymer" zavodunun istehsala başlayacağı vaxtı da açıqlayıb. O qeyd edib ki, 800 milyon dollardan çox vəsait yatırılan və son 40 ildə ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihələrdən biri olan "SOCAR Polymer" bu il istehsala başlayacaq. Hazırda zavodda avadanlıqlar quraşdırılır və test rejimində sınaqdan keçirilir. Yaxın aylarda mərhələ-mərhələ, ilin sonuna kimi isə tam şəkildə polietilen və polipropilen istehsalına başlanılacaq. Niyazi Səfərov bildirib ki, zavodun istehsal edəcəyi məhsullara ilkin olaraq 20 sənaye firması tərəfindən 50 min tondan artıq tələbat da var.


Xəbərə aid video