Britaniyalı nazir özü barədə əlavə yaratdı


Digərləri 06 Fev 2018 21:15:00 343 0

Britaniyalı nazir özü barədə əlavə yaratdı

Böyük Britaniyanın rəqəmsal texnologiya, mədəniyyət, idman və KİV naziri Mett Henkon özü barəsində mobil əlavəni işə salıb.

Son.az lent.az-a istinadən xəbər verir ki,  bu barədə o, öz "Twitter" səhifəsində məlumat verib.

İstifadəçilər bu əlavə vasitəsilə parlament üzvünün fəaliyyətini izləyə biləcəklər. Həmçinin ona suallarla müraciət edə biləcək və digər istifadəçilərlə ünsiyyət qura biləcəklər.

Əlavə Henkokun məqalələri ilə tanış olmağa və onun ictimai çıxışlarını dinləməyə də imkan verir.