Bəzi aparatlardan "Bakı kart" almaq mümkün deyil VİDEO


Digərləri 06 Fev 2018 21:02:00 258 0

Bəzi aparatlardan "Bakı kart" almaq mümkün deyil  VİDEO

Paytaxtdakı dayanacaqlarda olan bəzi aparatlardan "Bakı kart" almaq mümkün deyil. Xüsusən də Zığ şossesi və Nobel prospektində olan aparatlarda bu problem özünü daha çox göstərir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Nobel prospekti və Zığ şossesindəki dayanacaqlara quraşdırılan aparatların əksəriyyəti bərbad vəziyyətdədir. Hətta bəzi aparatlardan ümumiyyətlə ''Bakı kart'' almaq və ya karta pul yükləmək mümkün deyil.

Bu isə həmin dayanacaqdan istifadə edən sərnişinlərin işini çətinləşdirir. Nəticədə sərnişinlər gedişhaqqı kart vasitəsi ilə ödənilən avtobuslardan istifadə edə bilmirlər.

Buradakı aparatların əksəriyyətində "Bakı kart"ın məhdud istifadə üçün olan kartlarını isə ümumiyyətlə almaq mümkün deyil.

Məsələ ilə əlaqədər aparatın aid olduğu şirkətlə əlaqə saxladıq. Şirkət rəsmisi Ülviyyə Əfəndiyeva bildirdi ki, həmin problemdən şirkət xəbərdardır. Ən qısa zamanda orada olan aparatların sistemləri yenilənəcək. Artıq lazımi avadanlıqlar da sifariş verilib.


Xəbərə aid video