Keçmiş sevgililər uzun illər sonra bir arada FOTO


Kriminal 06 Fev 2018 21:05:00 639 0

Keçmiş sevgililər uzun illər sonra bir arada  FOTO

Aktyor Əhməd Salahovla aktrisa Məlahət Abbasova uzun illər sonra yenidən bir araya gəliblər. Bu haqda Son.az-a Əhməd Salahov danışıb:

"Məlahətlə mən 31 il əvvəl "Sən həmişə mənimləsən" televiziya tamaşasında çəkilmişəm. O illərdən sonra onu, demək olar ki, görməmişəm. Çünki bildiyiniz kimi Məlahət xanım Türkiyədə yaşayır və işləri ilə əlaqədar olaraq Bakıda az olur. Amma bu günlərdə biz görüşdük. O, məni müəllifi və aparıcısı olduğu "Məlahətli söhbətlər" verilişinə dəvət etdi. Necə deyərlər, həsrət sona yetdi. Bizim çəkildiyimiz televiziya filmi o qədər uğurlu alınmışdı ki, hamı bizi sevgili bilirdi. Həqiqətən də, Məlahət peşəkar aktrisa və gözəl insandır".


Xəbərə aid fotolar