Azərbaycanlıların Tacikistan universitetlərində təhsil alması üçün kvotalar ayrılacaq (FOTO)


Digərləri 06 Fev 2018 20:55:00 256 0

Azərbaycanlıların Tacikistan universitetlərində təhsil alması üçün kvotalar ayrılacaq (FOTO)

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə Tacikistanın elm və təhsil naziri Nurullo Said arasında görüş keçirilib.

Bakı. Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə Tacikistanın elm və təhsil naziri Nurullo Said arasında görüş keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Tacikistan arasında təhsil müəssisələri assosiasiyasının yaradılması, qurumlar arasında illik kvotaların ayrılmasına dair protokolun imzalanması, M.S.Osimi adına Tacikistan Texniki Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında memorandumun imzalanması və digər əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.