Tahir Əmiraslanov DKİ məsləhət şurasının Azərbaycan üzrə nümayəndəsi təyin edildi


Digərləri 06 Fev 2018 20:01:00 298 0

Tahir Əmiraslanov DKİ məsləhət şurasının Azərbaycan üzrə nümayəndəsi təyin edildi

Tahir Əmiraslanov Dünya Kulinariya İnstitutuna məsləhət şurasının Azərbaycan üzrə nümayəndəsi təyin edilib.

Strukturda 27 ölkədən bu təşkilatın məsləhət şurasına nümayəndələr təyin edilmişdir.  Bu ölkələr içərisində Amerika, Portuqaliya, Korea, Çin, Argentina , Vyetnam, Türkiyə və s. ölkələr var. Azərbaycandan bu təşkilata nümayəndə Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezdenti, Əməkdar mədəniyyət xadimi Tahir Əmiraslanov təyin olunub.

Qeyd edək ki, Dünya Kulinariya İnstitutu (DKİ) sosial və mədəni dəyər, fəaliyyət sahəsi, turist resursu və sağlam həyat mənbəyi  kimi kulinariyanın dünyada inkişafını təmin edən transmilli təşkilatdır.

DKİ onun Transmilli Təşkilatlar tərəfindən tanınması məqsədilə Təşkilata çevrilməsi üçün zəruri olan tələblərə uyğunlaşdırılması həyata keçirilmiş, DKİ-nin təşkilində bəzi dəyişikliklər edilmişdir.