Tovuzda FACİƏ: 7 yaşlı uşağı yük maşını vuraraq öldürdü


Digərləri 06 Fev 2018 19:57:00 276 0

Tovuzda FACİƏ: 7 yaşlı uşağı yük maşını vuraraq öldürdü

Tovuz rayonunda azyaşlını avtomobil vuraraq öldürüb. 

Son.az report.az-a istinadən bildirir ki, həmin şəxs rayonun Aşağı Eyyublu kənd sakini, 2011-ci il təvəllüdlü Elvin Elnur oğlu Əsgərovdur. 

O, küçədə oynayarkən qəflətən yola çıxıb və 20 DN 993 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşını tərəfindən vurulub. Hadisəni törədən sürücü, Aşağı Eyyublu kənd sakini, 1993-cü il təvəllüdlü İbrahim Nazim oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.