Danimarkalı xanım Azərbaycan rəqsini belə ifa etdi VİDEO FOTOLAR


Kriminal 06 Fev 2018 19:42:00 248 0

Danimarkalı xanım Azərbaycan rəqsini belə ifa etdi  VİDEO  FOTOLAR

Danimarkada yaşayan Mette Svane adlı rəqqasə Azərbaycan xalq mahnısı "Görmüşəm, sevmişəm" in sədaları altında rəqs edib.

Son.az bildirir ki, bu sözləri diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

"Danimarkanın mərkəzi kitabxanalarının birində təqdimat keçirən rəqqasə Azərbaycanın mədəniyyəti, milli-mənəvi dəyərli haqqında iştirakçılara ətraflı məlumat verib. Mette Svane Azərbaycana səfəri ilə bağlı düşüncələrini bölüşüb. Azərbaycan musiqi alətlərinin, milli geyimlərimizin  nümayişi insanların marağına səbəb olub. Mette Svane Azərbaycansevərdir və hər yerdə Azərbaycan dəyərlərini təbliğ edir. Mette xanıma Bakıda olarkən Azərbaycan rəqslərini Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Aydan Kamilova öyrədib.


Xəbərə aid fotolar