Azercell-in dəstəyi ilə səyyar Mobil göz klinikası ötən il 864 nəfərə pulsuz xidmət göstərib (FOTO)


Digərləri 06 Fev 2018 19:11:20 199 0

Azercell-in dəstəyi ilə səyyar Mobil göz klinikası ötən il 864 nəfərə pulsuz xidmət göstərib (FOTO)

"Azercell Telekom"un dəstəyi ilə səyyar Mobil göz klinikası ötən il 864 nəfərə pulsuz xidmət göstərib.

Bakı. Ölkədə 20 ildən artıq müxtəlif istiqamətdə sosial məsuliyyət layihələri həyata keçirən "Azercell Telekom"un dəstəyi ilə səyyar Mobil göz klinikası ötən il 864 nəfərə pulsuz xidmət göstərib. Yanvar ayı ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqına yardım ediblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib. Eyni zamanda, Əmircan qəsəbəsi 13 saylı və Hövsan qəsəbəsi 23 saylı poliklinikada 58 nəfər müayinə olunub. Sabunçu rayonu Sosial Müdafiə Fondunun dəstəyi ilə isə 42 nəfər müayinədən yararlanıb. Fevral ayında həkimlər Bilgəh və Şağan qəsəbəsində ümumilikdə 78 nəfəri müayinə ediblər. Bilgəh qəsəbəsi 11 saylı internat məktəbində 42, Şağan qəsəbəsi Əlilliyi olanlar üçün müalicəvi pansionatda 36, Nərimanov rayonu "Qızıl Aypara" cəmiyyətində isə 32 nəfər müayinəyə cəlb olunub. Yaz aylarında da klinikanın həkimləri yüksək və aktiv fəaliyyətləri ilə seçiliblər. Mart ayında həkimlər Nərimanov rayonundakı Rus icmasına, Gəncə şəhərində SOS Uşaq kəndindəki uşaqlara və Lökbatan qəsəbəsində məskunlaşan qaçqınlara xidmət göstəriblər.