Nəzrin illər əvvəl dediyi sözə görə əsəbləşib açıqlama yaydı


Şou-biznes 06 Fev 2018 19:00:00 335 0

Nəzrin illər əvvəl dediyi sözə görə əsəbləşib açıqlama yaydı

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə illər əvvəl verdiyi müsahibənin təkrar-təkrar gündəmə gətirilməsinə əsəbiləşib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa illər əvvəl özünə zarafatla dediyi "Diva" sözünün yenidən işıqlandırılmasından narahat olduğunu bildirib:

"Diva, ya da baş gicəlləndirən biri deyiləm. Sərt xarakterə malik də deyiləm. Əyləndik, güldük, bəsdir. İllər əvvəl verdiyim müsahibədə zarafatyana söylədiyim sözlərdən yenidən xəbər yazılır. Reportaj başdan-ayağa zarafat idi, çox əylənmişdik. Amma daha gülə bilmirəm. Bəlkə də yeni zarafatlara ehtiyacım var. Sizi sevirəm".