Nazpəri Ruhi ilə 10 illik küsülülüyün səbəbini açıqladı


Şou-biznes 06 Fev 2018 18:36:00 295 0

Nazpəri Ruhi ilə 10 illik küsülülüyün səbəbini açıqladı

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva ilə iş xanımı Ruhi Əliyeva 10 il sonra barışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Dostəliyeva "Xəzər maqazin"ə açıqlamasında küsülülüyün səbəbindən danışıb:

"Ona bir-iki iradımı demişdim. Hətta elə formada demişdim ki, inciməsin. Demişdim, gözəl qızdır, efirə yaraşır, bunları etməsin. Onları yaxşılığına demişdim. Onu qınamıram, ona elə formada çatdırmışdılar ki...".