Azərbaycan Səudiyyə Ərəbistanına yeni səfir təyin edib


Siyasət 06 Fev 2018 18:07:27 244 0

Azərbaycan Səudiyyə Ərəbistanına yeni səfir təyin edib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Şahin Abdullayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.