ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək


Dünya 06 Fev 2018 17:50:18 233 0

ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək

Bu həftə ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster də Ankaraya səfər edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson gələn həftə Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bundan başqa, bu həftə ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster də Ankaraya səfər edəcək.