Əfqanıstanda saxlanılan yük maşınında 2 ton partlayıcı maddə aşkarlanıb


Dünya 06 Fev 2018 17:41:59 295 0

Əfqanıstanda saxlanılan yük maşınında 2 ton partlayıcı maddə aşkarlanıb

Terrorçular partlayıcı maddələri Pərvan vilayətinə göndərməyi planlaşdırırmış

Əfqanıstanın xüsusi xidmət orqanları dəhşətli terror hücumunun qarşısını alıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Əfqanıstanın Milli Təhlükəsizlik Baş İdarəsi paytaxt Kabilin 8-ci rayonunda yük yerində iki ton partlayıcı maddə olan yük maşını saxlandığını bildirib.

Məlumatlara görə, terrorçular partlayıcı maddələri Pərvan vilayətinə göndərməyi planlaşdırırmış.