Prezident Cəlilabad rayonuna yeni icra başçısı təyin etdi


Siyasət 06 Fev 2018 17:06:00 261 0

Prezident Cəlilabad rayonuna yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev N.R.Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında  sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.