"Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq"


Siyasət 06 Fev 2018 16:52:00 220 0

"Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq"

Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, müxtəlif ölkələr imkan tapan kimi digər ölkələrin daxili işinə qarışmağa maraq göstərirlər.

MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri də fəal olmalı və hər bir məsələni həm cəmiyyətə, həm də dünya ictimaiyyətinin diqqətinə düzgün çatdırmalıdır: "Biz birlikdə çalışmalıyıq ki, bunun öhdəsindən gələk".

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Son.az