MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir sıra qərarlar verdi


Digərləri 06 Fev 2018 16:32:00 258 0

MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir sıra qərarlar verdi

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin 2018-ci il aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında sərəncamı ilə bağlı iclas keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı təsdiq edilib.

Daha sonra iclasda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində Ekspert Qrupu yaradılıb.

Həmçinin MSK-nın nəznində işçi qrupu yaradılaraq rəhbərliyi təyin edilib.