Növbədənkənar prezident seçkilərində təşviqat kampaniyasnın vaxtı məlum oldu


Digərləri 06 Fev 2018 16:37:00 264 0

Növbədənkənar prezident seçkilərində təşviqat kampaniyasnın vaxtı məlum oldu

Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər üçün təşviqat kampaniyasının vaxtı məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planında qeyd olunub.

Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.