Mahir Şükürovdan 1 milyonluq güzəşt - FOTO


İdman 06 Fev 2018 16:35:00 282 0

Mahir Şükürovdan 1 milyonluq güzəşt - FOTO

Türkiyə 2-ci liqasında mübarizə aparan “Karşıyaka” klubu vaxtilə bu komandanın şərəfini qorumuş Mahir Şükürova olan borcu ilə bağlı sabiq müdafiəçi ilə anlaşıb.

Goal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Klubun vitse-prezidenti Gökhan Şensan 1,5 milyon lirə (təxminən 675 min manat) borclu olduqları Mahir Şükürovla danışaraq, anlaşdıqlarını deyib:

“Biz ona 500 min lirə ödəyərək, bu axşam bitəcək xal silmə cəzasının qarşısını aldıq. Mahir Şükürova xoş niyyətinə görə təşəkkür edir, bundan sonrakı idman həyatında uğurlar arzulayırıq”.

Xatırladaq ki, Mahir 2014/15 mövsümündə “Karşıyaka”nın uğurları üçün çalışmış, burda keçirdiyi 20 oyunda 2 qol vurmuşdu.