Hazırda 42 Bayıl sakini məktəbdə məskunlaşıb


Digərləri 06 Fev 2018 16:02:00 247 0

Hazırda 42 Bayıl sakini məktəbdə məskunlaşıb

Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvardan müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb.

"Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi deyilib. Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları ödənilir", - İdarədən bildirilib.