Keçmiş məhkum dayısının evindən oğurluq etdi VİDEO FOTO


Digərləri 06 Fev 2018 16:10:00 248 0

Keçmiş məhkum dayısının evindən oğurluq etdi  VİDEO  FOTO

Beyləqan rayonunda dayısının evindən oğurluq edən şəxs saxlanılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, rayonun Örənqala kənd sakini Yasin Çərkəzov polisə müraciət edərək, ailə üzvləri evdə olmadığı müddətdə evdən 2000 manat və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar zamanı Y. Çərkəzovun evindən oğurluğun bacısı oğlu Yaşar Hacıyev və onun dostu Nizami Nağıyev tərəfindən edildiyi məlum olub.

Hər iki şəxs saxlanılıb. Onlar oğurluq etdiklərini etiraf ediblər. Yaşar Hacıyevin əvvəllər 6 il, dostu Nizami Nağıyevin isə 20 il məhkumluq həyatı yaşadığı bildirilir.

Yaşar Hacıyev - Saxlanılan şəxs: "Dedim ki, evlərində xəstə var gediblər başqa yerə, ev boşdur. Getdik girdik. Bir də həmkəndlimin evinə girdik. Diplomatdan 1390 manat, sep, üzük və 3 dənə də telefon çıxdı"


Xəbərə aid foto