BPdən neftin qiyməti ilə bağlı


Dünya 06 Fev 2018 15:39:00 245 0

BPdən neftin qiyməti ilə bağlı

"BP şirkətinin 2017-ci ildə gəlirləri iki dəfədən çox artaraq 6,2 mlrd. dollara çatıb".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu BP-nin maliyyə direktoru Brayan Gilveri (Brian Gilvary) "Reuters" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, buna səbəb neftin qiymətinin yüksəlməsi, həmçinin neft və qaz hasilatının artmasıdır. Bu da şirkətə səhm alışı həyata keçirməyə imkan verib.

O bildirib ki, 2018-ci ildə neftin bir barelinin qiyməti 50 dollar olacağı halda gəlir əldə edə biləcək: "Şirkətin bütün il ərzində istehsalı 12% artaraq gündəlik olaraq 2,47 mln. barelə çatıb. Buna səbəb isə 2017-ci ildə BP-nin 7 yeni neft və qaz yataqlarının istismara verməsi olub. Ötən il BP-nin emal və ticarətdən əldə etdiyi gəlirləri də 7 mlrd. dollara qədər artıb. 2017-ci ilin dördüncü rübündə şirkətin pul axını 6,2 mlrd. dollara qədər artıb".