Magistraturaya qəbul zamanı ən yüksək müsabiqə olan institutların ADLARI açıqlandı


Digərləri 06 Fev 2018 15:29:00 254 0

Magistraturaya qəbul zamanı ən yüksək müsabiqə olan institutların ADLARI açıqlandı

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ali təhsilin magistratura pilləsinə qəbul zamanı ən yüksək müsabiqə İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları, Molekulyar Biologiya və Biotexnologiya institutlarında olub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov deyib.

Ə.Sadıqovun sözlərinə görə, 2015-ci ildə ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi yaradılıb:

"Ötən il isə AMEA magistraturadan ilk buraxılışı uğurla başa çatdırdı. Akademiyada magistraturanın yaradılması elmə marağı olan gənclər tərəfindən böyük rəğbətlə qarşılandı. Məhz bunun nəticəsidir ki, hər il AMEA-nın magistraturasına ərizə verənlərin sayı çoxalır.

Ə.Sadıqov qeyd edib ki, AMEA-nın magistraturasına ərizə verənlərin sayı 2016-cı ildə 700-ə, 2017-ci ildə isə 2000-ə yaxın olub. Bəzi ixtisaslar üzrə bir yerə 50-80 nəfər ərizə verib.

İdarə rəisi əlavə edib ki, universitet məzunları arasında AMEA-nın magistraturasına marağın yüksək olduğunu nəzərə alaraq Nazirlər Kabineti 2016-2017-ci tədris ili üçün plan yerlərini artırsa da, bu da mövcud tələbatı ödəyə bilməyib.