"Aeroflot" MoskvaBakı aviareysini təxirə saldı


Digərləri 06 Fev 2018 15:20:00 261 0

"Aeroflot" MoskvaBakı aviareysini təxirə saldı

Moskvada (Rusiya) müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar Şeremetyevo Hava Limanından Bakıya yerinə yetirilməli olan aviareys təxirə salınıb. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə uçuşu həyata keçirən "Aeroflot" aviaşirkəti Heydər Əliyev Hava Limanına rəsmi məktub göndərib.

Məlumata görə, təxirə salınan "SU-1854" reysi "Boeing-737-500" təyyarəsi ilə reallaşdırılmalı və təyyarə yerli vaxtla saat 14:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enməli idi.