Azərbaycan yanvar ayı üzrə OPEC qarşısında öhdəliyini yerinə yetirib


Digərləri 06 Fev 2018 14:51:34 196 0

Azərbaycan yanvar ayı üzrə OPEC qarşısında öhdəliyini yerinə yetirib

Azərbaycan yanvar ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) təqdim edib.

Bakı. Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin yanvar ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Nazirlikdən Trend-ə verilən xəbərə görə, həmin məlumatlara əsasən, cari ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 814,6 min barrel olub. Bunun 759,7 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib. Gündəlik 624,2 min barrel xam neft, 54,9 min barrel kondensat, 14,3 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.