Bakıda dəmir tullantılarının qəbulu məntəqəsində məişət tullantıları yanır


Sosial 06 Fev 2018 14:23:34 360 0

Bakıda dəmir tullantılarının qəbulu məntəqəsində məişət tullantıları yanır

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir

Bakı şəhəri, Nərimanov rayonunda dəmir tullantılarının qəbulu məntəqəsinin ərazisində məişət tullantıları və rezin qalıqları (şinlər) yanır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.