Sinqapurda Cənubi Koreyanın təyyarəsi yandı


Dünya 06 Fev 2018 14:26:00 284 0

Sinqapurda Cənubi Koreyanın təyyarəsi yandı

Sinqapurda keçirilən aviaşou zamanı Cənubi Koreyanın pilotaj qrupuna məxsus təyyarələrdən biri yanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə təyyarənin nümunəvi uçuşlara hazırlığı zamanı baş verib.

Yanğın nəticəsində pilot yüngül xəsarət alıb. Hadisədən sonra hava limanının bir uçuş-eniş zolağı bağlanıb və bütün nümunəvi uçuşlar təxirə salınıb.