İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara borcu 113 mln. manatı keçib


İqtisadiyyat 06 Fev 2018 14:16:27 276 0

İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara borcu 113 mln. manatı keçib

Fond kommersiya banklarına 113,4 mln. manat borclu qalıb

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları 2006-2017-ci illərdə dövlət xətti ilə 931,9 mln. manat ipoteka krediti verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, Fond bu kreditlərin 818,5 mln. manatını və yaxud 87,8%-ni təkrar maliyyələşdirib. Son nəticədə qurum banklara 113,4 mln. manat borclu qalıb.

Hesabat ili

Müvəkkil bankların verdiyi ipoteka kreditləri (mln. manat)  Fondun təkrar maliyyələşdirdiyi ipoteka kreditləri (mln. manat) Fondun müvəkkil banklara borcu (mln. manat) 2006 5,6 1,3 4,3 2007 70,2 45,4 24,8 2008 0,0 16,9 -16,9 2009 77,2 21,9 55,3 2010 96,9 90,5 6,4 2011 95,5 77,0 18,5 2012 75,2 91,2 -16,0 2013 112,9 86,9 26,0 2014 97,1 126,4 -29,3 2015 97,2 113,6 -16,4 2016 1,1 33,5 -32,4 2017 203,0 113,9 89,1 Cəmi 931,9 818,5 113,4