Nişanlısı ilə danışarkən qəfil qorxunc xəstəliyə tutuldu Dilini və dodaqlarını yeyir VİDEO


Digərləri 06 Fev 2018 14:13:00 245 0

Nişanlısı ilə danışarkən qəfil qorxunc xəstəliyə tutuldu  Dilini və dodaqlarını yeyir  VİDEO

Atasının faciəli ölümündən sonra beyin iflici keçirən Bakı şəhər sakini, 30 yaşlı Nazim Abdulovun anası Zemfira Rüstəmova oğlu üçün kömək istəyir

Atasının faciəli ölümündən sonra beyin iflici keçirən Bakı şəhər sakini 30 yaşlı Nazim Abdulovun anası Zemfira Rüstəmova oğlu üçün kömək istəyir.

Son.az bildirir ki, big.az-ın suallarını cavablandıran zaman ana oğlunun xəstəliyinə görə dodaqlarını və dilini yediyini bildirib. 

- Oğlunuz nə zamandan bu vəziyyətdədir?

- 27 yaşına kimi oğlum sağlam idi. Artıq 3-4 ildir ki, oğlum adını bilmədiyimiz bu xəstəlikdən əziyyət çəkir. Nazim kompüterdə nişanlısı ilə danışırdı. Birdən özündən getdi. Təcili tibbi yardımı çağırdıq. Komaya düşmüşdü. Bir ay xəstəxanada yatdı. 3 ildir ki, evdə bu vəziyyətdə yatır. Xaricdə müalicəsi var. Sumqayıtda xəstəxanada yatırmaq üçün 4-5 min manat istədilər. İmkanımız olmadığından yatıra bilmədik. Qonşular, qohumlarımız yardım edir. Onu da dərmanlarına və günlük vacib ehtiyaclarına xərcləyirik. 140 manat pensiya alır. Onunla dolanırıq. Ukraynada Atası gözünün qabağında binadan düşüb ölüb. Ondan sonra Bakıya qayıtmalı olduq. Bakıya qayıtdıqdan sonra o, hərbi xidmətə getdi. Evdə tək işləyənimiz Nazim idi. 

- Nazim necə bir uşaq idi?

- Nazim çox yaxşı mehriban, səmimi, sağlam bir oğul idi. O, idmanla məşğul olurdu. İdmanda əldə etdiyi uğurlara görə müxtəlif mükafatlara da layiq görülüb. Oğlum həm də nişanlı idi. Nişanlısı Ukraynada yaşayırdı. Hər zaman mənə deyirdi ki, ana, kaş bir il tez keçərdi. Səbirsizliklə toy gününü gözləyirdi. Bu vəziyyətə düşəcəyini gözləmirdik. 

- Kömək üçün harasa müraciət etmisinizmi?

- Hər yerə müraciət etmişik. Səbirsizliklə xeyirxah insanların köməyini gözləyirəm. Tək arzum balamın yenidən ayağa durmasıdır.

- Həkimlər Nazimə hansı diaqnozu qoyub?

- Həkimlər də dəqiq diaqnoz qoya bilmir. Hərə bir xəstəliyin adını çəkir. Almaniyaya sənədlərini göndərmişik. Oradakı həkimlər müalicəsinin olduğunu deyir. Bunun üçün də 150 min manat istəyirlər. İmkan olmadığından balam gözümün qabağında hər gün əziyyət çəkir. Cənab prezidentimizə də müraciət etmişik. Uşağıma zamanında yardım olsaydı, bəlkə də sağalmışdı. Əvvəl bundan yaxşı idi. Zaman keçdikcə vəziyyəti ağırlaşdı. Gecələr yatmır. Dodaqlarını təmiz yeyib. Dilindən bir az qalıb. Əsəb gələndə pis vəziyyətə düşür. Qanını turba ilə çəkirik. Marketlərdə salfetka qalmayıb. Ancaq onun qanını silirik. Çarəsiz vəziyyətdəyik. 

- Nazim nə vaxtsa güclü psixoloji sarsıntı keçiribmi?

- Atası Ukraynada binada adam işlədirdi. Görülən işlərə baxmaq üçün həmin binaya çıxıb. Bu zaman Nazim atasını aşağıda gözləyib. Bu zaman yoldaşımın ayağı sürüşüb binadan yıxılıb. Oğlum elə ilk tramvanı o zaman aldı. Yoldaşım çox yaxşı ata idi. Onun ölümündən sonra Bakıya gəldik. Gördüyünüz kompüteri nişanlısı ilə danışmaq üçün almışdı. Nazimin çoxlu arzular var idi. Balamın arzuları hamısı ürəyində qaldı. Oğlum, qızım səhərə kimi qardaşlarına baxırlar. 3 ildir ki, biz yuxu nədir bilmirik. Nazim gözümüzün qabağında əziyyət çəkir. Dua eləməkdən və ağlamaqdan başqa çarəmiz yoxdur. 

- Dediniz kimi, Almaniyada müalicəsi var. Almaniyadakı həkimlər tam əminliklə sağaldacaqlarını deyirlərmi?

-Bəli, tək müalicəsi Almaniyadadır. Həkimlər tam üzərlərinə götürürlər. Təcili Tibbi Yardımla gəlib özləri götürəcəklər. 150 min manat pul istəyirlər.

- Nazim nə zaman dodaqlarını yeməyə başlayır?