Xırdalanda və Abşeronun qəsəbələrində qaz kəsildi


Digərləri 06 Fev 2018 13:56:00 233 0

Xırdalanda və Abşeronun qəsəbələrində qaz kəsildi

Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət yaranıb.

Son.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən APA-ya verilən məlumata görə, Müşviqabad qazpaylayıcı stansiyasının çıxışında adı çəkilən stansiyadan qidalanan orta təzyiqli diametri 426 mm-lik yeraltı qaz kəmərində qaz sızması aşkar edilib.

Yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması və qaz sızmasının ləğvi üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 12:30-dan  etibarən həmin kəmərdə qaz təchizatı dayandırılıb. Təbii qaz təchizatının dayanması nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri daxil olmaqla rayonun, Qobu, Aşağı Güzdək, Baş Güzdək, Hökməli, Çiçək qəsəbələrinə, həmçinin, Atyalı adlanan yaşayış massivinə təbii qazın verilişində fasilə yaranıb.

"Azəriqaz"ın Təmir-Tikinti İdarəsinin briqadası tərəfindən həmin ərazidə təmir-bərpa işləri aparılır. Yaranmış məhdudiyyət saat 16:00-dək aradan qaldırılacaq və yaşayış məntəqələrinin qaz təchizatı bərpa ediləcək.