ATƏT PA prezidentinin Azərbaycana səfərinin vaxtı məlum oldu
Siyasət 06 Fev 2018 13:57:00 282 0
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tseretelinin Azərbaycana səfərinin vaxtı məlum olub.
Son.az xəbər verir ki, ATƏT PA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, G. Tsereteli regiona səfəri çərçivəsində martın 8-9-da Ermənistanda olacaq.
Daha sonra ATƏT PA prezidenti martın 12-13-də Azərbaycana rəsmi səfər edəcək.
O, martın 13-də Bakıda keçiriləcək İpək Yolu Konfransına qatılacaq.
Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində
Mənbə: milli.az