“SOCAR Polymer” məhsullarının ilk potensial alıcıları ilə danışıqlar aparılır


Digərləri 06 Fev 2018 13:45:00 338 0

“SOCAR Polymer” məhsullarının ilk potensial alıcıları ilə danışıqlar aparılır

"Azərbaycanın İqtisadiyyat Nazirliyi "SOCAR Polymer" zavodunun məhsullarının potensial alıcıları ilə danışıqlar aparır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sənayedə Yerli xammalın istifadəsi ilə idxalı əvəz edən istehsalın genişləndirilməsinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda 15 şirkətlə danışıqlar davam edir: "Gələcəkdə bu rəqəmin artacağı gözlənilir. Artıq indi 50 ton polietilenə tələbat var".