Bələdiyyələrlə bağlı 15 fakt üzrə cinayət işi başlanılıb


Digərləri 06 Fev 2018 13:29:00 217 0

Bələdiyyələrlə bağlı 15 fakt üzrə cinayət işi başlanılıb

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, iclasda Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş mərkəzinin ötən il üzrə fəaliyyəti müzakirə olunub.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2017-ci ildə Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub: "Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib".

Onun sözlərinə görə, ötən il 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi halları aşkarlanıb:"Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb".