Qəbələ 2020-ci ildə İslam dünyasının turizm paytaxtı seçilib


Digərləri 06 Fev 2018 12:40:49 147 0

Qəbələ 2020-ci ildə İslam dünyasının turizm paytaxtı seçilib

2019-cu il üzrə bu nominasiyada Dəkkə qalib olub

Azərbaycanın Qəbələ şəhəri 2020-ci ildə İslam dünyasının turizm paytaxtı seçilib, 2019-cu il üzrə isə bu nominasiyada Dəkkə qalib olub.

"Report" xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mətbuat xidmətindən bildirilib.

Qərar Banqladeşin paytaxtı Dəkkə şəhərində təşkil edilən İƏT üzvü ölkələrin turizm nazirlərinin 10-cu konfransında qəbul edilib.

Qeyd edək ki, 2019-2020-ci illər üzrə İƏT-in turizm şəhəri mükafatına 4 şəhər, o cümlədən Beninin Paraku şəhəri və Nigerin Aqades şəhəri iddia edib.