2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilib


Digərləri 06 Fev 2018 12:47:00 356 0

2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilib

2017-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.

V.Zahirov bildirib ki, bər bir bələdiyyə aktı hüququi ekspertizadan keçmiş və onların qanunvericiliyə uyğunluğu yoxlanıb. Onun sözlərinə görə, bələdiyyə aktlarının böyük əksəriyyəti qanunvericiliyə uyğun olub.

Nazir müavini bildirib ki, 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə tövsiyyələr verilib, 741 akt ləğv edilib və 714 akt dəyişdirilib.