"Chelsea" üçün tarix təkrarlandı


İdman 06 Fev 2018 12:28:00 274 0

"Chelsea" üçün tarix təkrarlandı

İngiltərə Premyer Liqasının 26-cı turuna "Watford" - "Chelsea" oyunu ilə yekun vurulub. İlk hissədə Bakayokonun qırmızı vərəqə alması ilə 10 nəfərlə qalan "zadəganlar" sonra 1:4 hesabıyla uduzub. Bundan öncəki turda Antonio Kontenin yetirmələri evdə "Burnley" klubuna da 3 top fərqi ilə məğlub olmuşdu - 0:3. Goal.az xəbər verir ki, "Chelsea" 1995-ci ildən sonra ilk dəfə Premyer Liqanın ardıcıl 2 oyununda böyükhesablı yenilgi ilə üzləşib. 23 il öncə londonlular "Manchester United" (1:4) və "Blackburn"ə (0:3) məğlub olmuşdu.

Qeyd edək ki, bu oyuna qədər "Watford"un "Chelsea" üzərində qazandığı son qələbə (1:0) 1999-cu ilə təsadüf etmişdi. Həmin vaxtdan sonra bütün turnirlər daxil olmaqla 13 dəfə qarşılaşan komandaların duelində "Chelsea" 10 qələbə qazanmış, 3 oyun isə heç-heçə başa çatmışdı.