İran "Zeytun budağı" əməliyyatına görə narahatdır


Siyasət 06 Fev 2018 12:25:00 292 0

İran "Zeytun budağı" əməliyyatına görə narahatdır

İran Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı antiterror əməliyyatlarından narahatdır.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Zeytun budağı" adı altında aparılan əməliyyat 18 gündür davam edir. Bu günə qədər ümumilikdə 1000-ə yaxın terrorçu zərərsizləşdirilib.

İrandan "Zeytun budağı" əməliyyatı ilə bağlı açıqlama verilib. Əməliyyatlara narazılığını bildirən İran Türkiyəni Suriyada apardığı əməliyyatları dayandırmğa çağırıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kasemi bildirib ki, bu əməliyyatlar vətəndaş müharibəsi hökm sürən Suriyada vəziyyəti daha da gərginləşdirəcək.

"Türkiyə əməliyyatları dayandırmalı və Suriyanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır", - Bəhram Kasemi söyləyib.

Bəxtiyar Umarlı Son.az